Millimizin oyununun hakimləri bilindi

Millimizin oyununun hakimləri bilindi


19 yaşadək futbolçulardan ibarət yığmamızın Avropa çempionatının seçmə mərhələsində İsraillə keçiriləcək oyununa hakim təyinatlar açıqlanıb.

ONN media UEFA-nın saytına istinadən xəbər verir ki, sabahkı matçı Belçika və Gürcüstandan olan hakimlər idarə edəcək.

Oyunun baş hakimi belçikalı Erik Lambrext olacaq. Ona həmyerlisi Karel De Roker və gürcüstanlı Giorgi Elikaşvili kömək edəcək.

Matçın dördüncü hakimi funksiyasını gürcüstanlı Aleko Aptsiauri yerinə yetirəcək.

Qeyd edək ki, Tiflisdə keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq

Geri qayıt