“Liverpul”da ciddi itki

“Liverpul”da ciddi itki


“Liverpul”un futbolçusu Joel Matip əməliyyat ediləcək.

ONN media klubun saytına istinadən bildirir ki, buna səbəb 27 yaşlı müdafiəçinin Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda “Napoli” ilə matçda (1:0) körpücük sümüyünü sındırmasıdır.

Kamerunlu oyunçunun təxminən altı həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Xatırladaq ki, J.Matip 2016-cı ildən “Liverpul”da oynayır.

Geri qayıt