“Bavariya”da ciddi itki

“Bavariya”da ciddi itki


Almaniyanın “Bavariya” klubunun futbolçusu Aryen Robben bir müddət yaşıl meydanlardan uzaq qalacaq.

ONN media ölkə.az -a istinadən xəbər verir ki, bu barədə baş məşqçi Niko Kovaç məlumat verib. Onun sözlərinə əsasən, hollandiyalı yarımmüdafiəçi növbəti ilin yanvarın 4-nə kimi əzələsində yaranan problemlərə görə oynamayacaq.

Qeyd edək ki, A. Robben bu mövsüm meydana çıxdığı 15 oyunda 5 dəfə fərqlənib və 2 qol ötürməsi edib.

Geri qayıt