Modriç Realın təklifini rədd etdi

ONN media xəbər verir ki, Luka Modriç Madrid Realının müqaviləni artırmaqla bağlı ilk təklifini rədd edib. Hazırki sözləşmə 2020-ci ildə bitir. Real uzatmaq təklifi etsə də, bu Modriçi qane etməyib. Məlumatı Telemadrid yayıb. Modriç Realın daha yaxşı təklifini gözləmək fikrindədir. Əks halda o İtaliyanın İnter klubuna keçəcək. Milanlılar ona illik 10 milyon avro ödəməyə razıdırlar.