"Barselona"dan YENİ TRANSFER
"Barselona" Fransa "Tuluza"sında çıxış edən Jan-Kler Todibonu heyətinə qatıb.
ONN media xəbər verir ki, Kataloniya təmsilçisi 19 yaşlı müdafiəçi ilə razılıq əldə edib. Onun yayda klubu ilə müqaviləsi başa çatacaq və azad agent kimi İspaniya klubuna keçəcək. Fransalı oyunçu ilə 4 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Jan-Kler Todibo "Tuluza"nın yetirməsidir. (publika.az)

