AFFA-dan millimizin baş məşqçisi ilə bağlı xəbər

Azərbaycan milli komandasının hazırda vakant olan baş məşqçi vəzifəsinə təyinatla bağlı namizədlərin müzakirəsi prosesi davam edir. ONN media AFFA-ya istinadən xəbər verir ki, ötən dövr ərzində müxtəlif ölkələrdən olan məşqçilərlə görüşlər keçirilib. Yaxın gələcəkdə namizədlərin qısa siyahısının hazırlanması nəzərdə tutulub. AFFA-nın Məşqçilər Komitəsinin tövsiyələri də nəzərə alınmaqla hazırlanacaq qısa siyahı müvafiq qaydada AFFA rəhbərliyinə və İcraiyyə Komitəsinə təqdim olunacaq. Proseslə bağlı rəsmi məlumatlar operativ və dəqiq şəkildə ictimaiyyətin diqqətinə çatdırılacaq.