Rusiya bu qoşunları Suriyadan çıxardı

Suriyada yerləşdirilmiş Rusiyanın Cənub Hərbi Dairəsinin 58-ci ümumqoşun ordusunun hərbi polis batalyonu daimi yerləşmə ərazisi olan Dağıstan Respublikasına geri dönüb.
ONN media xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəhbəri Vadim Astafyev danışıb.
Məlumata görə, tapşırıqlarını başa vurmuş 300 hərbi qulluqçu ölkəsinə geri qayıdıb. Döyüşçülər İl-76 təyyarəsi vasitəsilə Cənubi Osetiyadakı Mozdok aerodromuna gətirilib. Axar.az