Türk artilleriyası Suriyada PKK-nı vurdu

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalındakı Azez və Mare bölgələrini haubitsalarla atəşə tutub. ONN media xəbər verir ki, bölgədə yerləşən YPG/PKK mövqelərinə 20-dən artıq zərbə endirilib. Məlumata görə, ötən gecə ASO üzvləri ilə PKK terrorçuları arasında atışma baş verib. Nəticədə ASO-nun 1 üzvü həlak olub, daha 3 nəfəri yaralanıb. “Fərat qalxanı” bölgəsindəki türk hərbçiləri də PKK-nın hücumuna qarşılıq olaraq artilleriya zərbələri endirib.(Axar.az)