Sürücü sərnişinə elə birşey etdi ki...

Sürücü sərnişinə elə birşey etdi ki...


Kazan şəhərində taksi sürücüsü maşına minərkən ayaqqabısının qarını təmizləmədiyinə görə sərnişini güllələyib. Sərnişin boğazından yara alıb.

ONN media Oxu.Az-a istinadla xəbər verir ki, şahidlərin sözlərinə görə, üç nəfər gənc maşına minərkən ayaqqabılarını təmizləmək istəmədiklərinə görə sürücü ilə onlar arasında mübahisə yaranıb.

Bu, sürücünü özündən çıxarıb. Qısa mübahisədən sonra sürücünün səbri tükənib. Görünür, avtomobilin salonunun təmizliyi sürücünü həbsə düşməkdən daha çox narahat edib.

O, müştəriləri cəzalandırmaq qərarına gəlib və onlardan birinə travmatik tapançadan atəş açıb. Sonra nəticədən qorxaraq yaralını küçədə tərk edərək qaçıb, lakin yarım saat sonra saxlanılıb.

Geri qayıt