"Yemək bişirmirəm, iyindən ürəyim bulanır" - Məleykə

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Xalq artisti Məleykə Əsədova "X maqazin" verilişinə verdiyi açıqlamaları ilə diqqət çəkib.
ONN media xəbər verir ki, tanınmış aktrisa yemək bişirə bilmədiyini etiraf edib:
"Yemək bişirməyi bacarmıram. Əslində bacararam. Yaxşı buğlama bişirirəm. Çox sağlam yeməkdir. Yeməyin iyi mənə çox pis təsir edir. Bəzi insanlara yeməyin qoxusu gələndə acır, mənim ürəyim bulanır".
O, həmçinin, fala inanmadığını, baxıcı yanına getmədiyini bildirib:
“Paxıllıq hissi insanı çürüdə bilər. Allah mənə gözəl qəlb verib. Eşitmişəm ki, filan falçıda şəklimi görüblər. Son 10 ildə daha çox belə şeylər gördüm. Amma yaxına buraxmıram. Etdikləri şey gec-tez özlərinə qayıdır. Elə şeylərə fikir vermirəm. Yaxınlarıma demişəm ki, mənə bu barədə deməyin. Eşitdiz, özünüz cavabını verin”.