"Mitsubishi" 5 minə yaxın avtomobili geri çağırdı

"Mitsubishi" 5 minə yaxın avtomobili geri çağırdı

"Mitsubishi" şirkəti Rusiyada 4,95 min avtomobili geri çağırıb. ONN media xəbər verir ki, bu qərar avtomobillərin akkumulyator naqilinin qızması ilə bağlıdır. Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2018-ci ilin martından avqustunadək satılmış "Outlander" modellərinə şamil olunur. Bildirilir ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.(Trend)

Geri qayıt