Şiddətli yağıntılar nəticəsində 12 nəfər ölüb

Səudiyyə Ərəbistanının şimal və qərb rayonlarında kəskin hava şəraiti ilə əlaqədar son iki gündə 12 nəfər ölüb. ONN media xəbər verir ki, 7 nəfər, o cümlədən bir əcnəbi vətəndaş Mədinə şəhərində şiddətli yağıntılar nəticəsində yaranmış daşqınların qurbanı olub. Bundan başqa, həmin şəhərdə 2 azyaşlı uşaq suvarma kanalında boğulub. Şiddətli yağıntılarla əlaqədar bölgədəki məktəblərdə dərslər də dayandırılıb.