"Rafet El Roman mənə mesaj yazıb" - Tanınmış radio aparıcısı

"Gözəlsən, cazibədarsan, amma yalnızsan". ONN media xəbər verir ki, radio D-nin tanınmış aparıcısı Eftalya həftə içi hər gün Türkiyənin Kanal D televiziyasında yayımlanan "2 Sayfa" verilişində qonaq olub. O, tamaşaçıları təəccübləndirən bir açıqlama ilə çıxış edib. Eftalya məşhurlardan zaman-zaman qəribə mesajlar gəldiyini deyib: "Son olaraq müğənni Rafet El Roman mənə mesaj yazdı, çox təəccübləndim. "Gözəlsən, cazibədarsan, amma yalnızsan. Mən bu həyatı anlamıram" yazıb mənə".