Daha bir nazir müavini işdən çıxarıldı

Rusiyanın baş naziri Dmitri Medvedev mədəniyyət nazirinin müavini Nikolay Malakovu vəzifəsindən azad edib. ONN media xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin saytında bildirilib. Malakovun vəzifədən azad olunmasına səbəb onun təqaüdə çıxması göstərilib. Qeyd edək ki, bir qədər əvvəl prezident Vladimir Putin ədliyyə nazirinin müavinini işdən azad edib.