Sürücü maşını izdihamın üzərinə sürüb - Ölən var

Çinin Şanxay şəhərində kişi maşını piyadaların üzərinə sürüb. Nəticədə 1 nəfər ölüb, daha 9 nəfər yaralanıb. ONN media xəbər verir ki, 31 yaşlı sürücü idarəetməni itirib və onu izdihamın üzərinə sürüb. Hadisəni törədən şəxs saxlanılıb, insidentin səbəbləri araşdırılır.(report)