Kafenin damı çökdü: Ölən və yaralılar var

Kafenin damı çökdü: Ölən və yaralılar var

Türkiyənin Bitlis bölgəsinin Hüsrevpaşa məhəlləsində kafelərdən birinin damı çöküb. ONN media xəbər verir ki, damın qarın ağırlığına tab gətirmədiyi deyilib. Hadisə nəticəsində 8 nəfər dağıntılar altında qalıb. Onlardan birinin öldüyü, digər 7 nəfərin isə müxtəlif  xəsarətlər aldığı bildirilib. Faktla bağlı araşdırma aparılır.

Geri qayıt