Türkiyənin İNANILMAZ planı: Rusiya hərəkətə keçir?

Türkiyənin İNANILMAZ planı: Rusiya hərəkətə keçir?


2019-cu ilin sonuna qədər Rusiya FTX-nin iqtisadi təhlükəsizlik bölməsinin bütün idarələrində "Türk bölmələri"nin yaradılması planlaşdırılıb.

ONN media xəbər verir ki, bu məlumat Teleqram sosial şəbəkəsindəki "Silahsız" kanalında yayımlanıb.

"Məqsəd Türkiyə xüsusi xidmət orqanlarının vahid türk dövlətinin yaradılmasıyla bağlı fəaliyyətini neytrallaşdırmaqdır. Türkiyə yekun şəkildə islam dünyasının mərkəzi oldu. Üstəlik, Ankaranın Kiyevlə sıx əlaqələri də Moskvanı narahat edir. Hazırkı dönəmdə mümkün konstruksiyalarla bağlı müzakirələr aparılır. Digər tərəfdən Rusiya Prezident Administrasiyası da aktiv şəkildə bu bölmələrin yaradılmasına qoşulub", - deyə Teleqram kanalında bildirilib.

Geri qayıt