Daha bir məşhur serial reytinq qurbanı oldu

"Kanal D"nin daha bir serialı gözlənilmədən başa çatır.
ONN media Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Muhteşem İkili" adlı serial 12-ci bölümü ilə tamaşaçılarla vidalaşacaq.
Buna səbəb ekran işinin yetərincə reytinq toplamaması olub.
Xatırladaq ki, bir müddət əvvəl sözügedən telekanalda yayımlanan "Bir litre göz yaşı" serialı da reytinq qurbanı olmuşdu.