PSJ-də Neymar ŞOKU

Nigeriya ilə yoxlama matçında zədələnən Braziliya millisinin və PSJ-nin futbolçusu Neymarın son durumu müəyyənləşib.

ONN media bildirir ki, tibbi müayinədən keçən 27 yaşlı hücumçunun sol ayaq əzələsində zədə aşkarlanıb. Onun təxminən 4 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Bu isə o deməkdir ki, Neymar Çempionlar Liqasında “Brügge” ilə matçları və Fransa Liqasında “Nitsa”, “Marsel”, “Dijon” və “Brest”lə görüşləri buraxacaq.