ONN İnformasiya Agentliyi

Putin dünya ulduzları ilə görüşəcək-DÜNYANIN GÖZÜ MOSKVADA

Putin dünya ulduzları ilə görüşəcək-DÜNYANIN GÖZÜ MOSKVADA
30 Noyabr 2017 - 21:40

Sabah bütün dünyanın diqqəti Rusiya paytaxtı Moskvaya yönələcək.

ONN media xəbər verir ki, dekabrın ilk günündə dördilliyin ən möhtəşəm yarışı – futbol üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasimi baş tutacaq.

Rusiya prezidenti Vladimir Putin də püşkatma mərasimində iştirak edəcək.

Mərasim dekabrın 1-də Dövlət Kreml Sarayında keçiriləcək. Mərasimə dünya çempionatının 32 iştirakçı komandasından 30-nun baş məşqçisi də daxil olmaqla, 1300-dən çox qonaq dəvət edilib. Püşkatma nəticəsində hər bir qrupun tərkibi və oyunların (ilk 48 matçın) təqvimi müəyyənləşəcək.

Təntənəli mərasimdən əvvəl dövlət başçısının dünya futbol ulduzları ilə görüşü planlaşdırılır. Görüş iştirakçıları arasında Dieqo Marodana, Kafu, Fabio Kannavaro və digər məşhur idmançılar var.

I səbət

Rusiya

Braziliya

Almaniya

Portuqaliya

Argentina

Belçika

Polşa

Fransa

II səbət

İspaniya

Peru

İsveçrə

İngiltərə

Kolumbiya

Meksika

Uruqvay

Xorvatiya

III səbət

Danimarka

İslandiya

Kosta-Rika

İsveç

Tunis

Misir

Seneqal

İran

IV səbət

Serbiya

Nigeriya

Avstraliya

Yaponiya

Mərakeş

Panama

Cənubi Koreya

Səudiyyə Ərəbistanı

Püşkatma zamanı komandaların hansı konfederasiyanı təmsil etməsi də böyük rol oynayacaq. Belə ki, eyni qrupda minimum 1, maksimum 2 Avropa təmsilçisi yer alacaq. Yəni 6 qrupda 2, 2 qrupda 1 “Köhnə qitə” yığması çıxış edəcək. Digər qitələr isə eyni qrupda birdən artıq komanda ilə təmsil oluna bilməz.

Qeyd edək ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-dək keçiriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png