Putin Həbiblə görüşdü

Rusiya prezidenti Vladimir Putin UFC çempionu Həbib Nurməhəmmədovla görüşüb.

ONN media xəbər verir ki,  görüş Mahaçqala şəhərində baş tutub. Görüşdə Dağıstanın başçısı Vladimir Vasilyev və Həbibin atası Əbdülmanap Nurməhəmmədov də iştirak edib. Qələbə münasibətilə Həbibi təbrik edən Putin Əbdülmanat Nurməhəmmədova da təbriklərini çatdırıb:

“Oğlunuzun qələbəsi münasibətilə sizi təbrik edirəm. Əsl ona layiq, güclü döyüş idi”.

Xatırladaq ki, Həbib sentyabrın 7-də Əbu-Dabidə amerikalı Dastin Puaryeyə qalib gələrək növbəti dəf çempion titulunu qoruyub.