ONN MEDİA

“Qələbə qazanmaq istəyirik” – Qurban Qurbanov

“Qələbə qazanmaq istəyirik” – Qurban Qurbanov
09 İyul 2019 - 21:37

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Partizani” ilə sabah səfərdə keçiriləcək oyun öncəsi təşkil edilən mətbuat konfransında iştirak edib.

ONN media xəbər verir ki, o, Albaniyaya qələbə dalınca getdiklərini bildirib:

“Bizi çətin oyun gözləyir. Ötən il də Albaniyada oynamışıq, bilirik ki,azarkeşləri sona qədər komandalarını dəstəkləyir və futbolçuları çox xarakterlidir. Rəqibin yeni baş məşqçisi gəlib, yeni sistem var, bizə məlum olmayan sürprizlər gözləyirik və buna hazır olmalıyıq. Bu mərhələdə uduzmağımızı faciə saymaq düzgün deyil, dünya futbolunda hər şey ola bilər, önəmli olan səhvlərdən nəticə çıxarmağı bacarmaqdır. Nəticəyə gəlincə, biz burada qələbə qazanmaq istəyirik, amma hər zaman sərfəli nəticə qazanmaq daha vacibdir, bəzən qol buraxmamağı da uğurlu nəticə saymaq olar”.


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP