ONN İnformasiya Agentliyi

“Qəbələ”dən yeni transfer

“Qəbələ”dən yeni transfer
10 Avqust 2022 - 19:47

Transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

ONN media xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.

Məlumata görə, qırmızı-qaralar” ukraynalı yarımmüdafiəçi Andrey Strijakı heyətinə qatıb. 23 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb.

Kiyev “Dinamo”sunun yetirməsi olan Strijak peşəkar karyerası ərzində “Şaxtyor” (2017/2018), “Arsenal” (2018/2019), “Vorskla” (2019), “Çernomorets” (2020), “Ximik” (2020), “Metallist” (2021-2022), “Olimpik” (2021) və Xorvatiyanın “Medimurye” (2022) klublarının formasını geyinib.

Qeyd edək ki, bu, “Qəbələ”nin yay transfer dövründə altıncı oyunçu keçididir. Klub bunadək İlkin Qırtımov, Səlahət Ağayev, Felipe Santos, Feras Abu Akal və Ramon Maçadonu transfer edib

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png