ONN İnformasiya Agentliyi

Qadın güləşçilərimiz məğlub oldu

Qadın güləşçilərimiz məğlub oldu
12 Fevral 2020 - 19:08

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

ONN media  
xəbər verir ki, üçüncü yarış günündə 4 qadın güləşçimiz mübarizəyə qoşulub.
Türkan Nəsirova startda dünya və Avropa ikincisi Emiliya Vukla qarşılaşıb və xalçadan məğlub ayrılıb.
Elmira Qəmbərova ilk mərhələdə ötən il Avropa çempionatında 3-cü yer uğrunda görüşdə qalib gəldiyi Angelina Lisakla üz-üzə gəlib. Bu dəfə ukraynalı güləşçi revanş alıb.
Püşk ilk mərhələdə İrina Netrebanın qarşısına dünya və Avropa çempionu Alla Çerkasovanı çıxarıb. Təmsilçimiz titullu rəqibinə minimal fərqlə uduzub.
Mübarizəyə 1/8 finaldan qoşulan Səbirə Əliyeva ilk görüşdə yunan həmkarından güclü olub. Ancaq 1/4 finalda dünya və Avropa ikincisi Yekaterina Bukina ilə bacarmayıb.

50 kq
Təsnifat: Türkan Nəsirova – Emiliya Alina Vuk (ROU) 0:4 (tuşe)

59 kq
Təsnifat: Elmira Qəmbərova – Angelina Lisak (UKR) 4:10

68 kq
Təsnifat: İrina Netreba – Alla Çerkasova (UKR) 4:5

76 kq
1/8 final: Səbirə Əliyeva – Aykaterini Pitsiava (GRE) 6:0
1/4 final: Səbirə Əliyeva – Yekaterina Bukina (RUS) 0:2 (tuşe)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png