ONN İnformasiya Agentliyi

Qadın şahmatçımızdan Ermənistan kollektivinə “şillə kimi” qalibiyyət

Qadın şahmatçımızdan Ermənistan kollektivinə “şillə kimi” qalibiyyət
08 Avqust 2022 - 19:28

Qadınlardan ibarət Azərbaycan milli komandası Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun görüşünü keçirib.

ONN media xəbər verir ki, bu haqda Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.

Bildirilib ki, millimiz X turda Ermənistan kollektivi ilə qarşılaşıb. Günay Məmmədzadə birinci, Xanım Balacayeva ikinci, Gövhər Beydullayeva üçüncü, Gülnar Məmmədova dördüncü lövhədə görüşünü qalib başa vurub. Beləliklə, seçməmiz yekun nəticədə rəqibini darmadağın edib – 4:0.

Bu, Azərbaycan qadın şahmatçılarının yarışda yeddinci qələbəsi olub. 16 xalı olan yığma hazırda turnir cədvəlinin 3-cü plləsində qərarlaşıb.

Sabah olimpiadada son tur oynanılacaq

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png