ONN İnformasiya Agentliyi

“Qalatasaray” Falkaonu havayı göndərir

“Qalatasaray” Falkaonu havayı göndərir
13 Yanvar 2021 - 14:12

Türkiyənin “Qalatasaray” klubu hücumçusu Radamel Falkao ilə yollarını ayırmaqda qərarlıdır.

ONN media  bildirir ki, kolumbiyalı forvardın yüksək məvacib alması “sarı-qırmızılılar”ın yeni transferlərdə əl-qolunu bağlayır.

Zədəli olduğu üçün mövsümün ilk yarısını başa vuran və müayinə üçün Madridə yollanmağa hazırlaşan 35 yaşlı oyunçu isə komandada qalmaq fikrindədir. Falkao yüksək maaşa görə ayrılmaqda maraqlı deyil. Ancaq İstanbul təmsilçisi futbolçunun meneceri Xorxe Mendeslə görüşərək, ona klub tapmağı istəyib. “Cim-bom” hətta Falkaonu havayı yola salmağa da hazırdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png