ONN İnformasiya Agentliyi

Qalatasaray-Qarabağ azarkeşlərinin NƏZƏRİNƏ

Qalatasaray-Qarabağ azarkeşlərinin NƏZƏRİNƏ
25 Mart 2023 - 21:40

Bakıda “Qarabağ” və Türkiyə “Qalatasaray”ı arasında keçiriləcək xeyriyyə oyunundan sonra azarkeşlər Bakı Olimpiya Stadionundan (BOS) hissəvi şəkildə buraxılacaqlar.

ONN media xəbər verir ki, BOS-un mətbuat xidmətinin rəhbəri Fərid Əsədzadə Report-a açıqlamasında bu qərarın ictimai nəqliyyata doğru gedən yollarda sıxlıq yaranmaması üçün qəbul olunduğunu bildirib.

O deyib ki, əvvəlcə arenanın yuxarı mərtəbələri boşaldılacaq: “Birinci mərtəbədəki tamaşaçılar isə bir az gözləməli olacaqlar. Məsələ polislər tərəfindən tənzimlənəcək. Azarkeşlərə çağırış edirik ki, hüquq-mühafizə orqanları əməkdaşlarının təlimatlarına əməl etsinlər”.

Qeyd edək ki, martın 26-da keçiriləcək “Qarabağ” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png