ONN İnformasiya Agentliyi

“Qalatasaray” ulduz futbolçusunu komandadan qovdu – RƏSMİ

“Qalatasaray” ulduz futbolçusunu komandadan qovdu – RƏSMİ
10 Mart 2021 - 15:24

Türkiyənin ən titullu və məşhur futbol klubu olan “Qalatasaray” mərakeşli futbolçusu Yunes Belhanda ilə yollarını ayırıb.

ONN media  xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçinin sözləşməsi tək tərəfli ləğv edilib.

“Sarı-qırmızılar” Belhandanın “Sivasspor”la oyundan sonra televiziyaya açıqlamasında klubun və rəhbərliyin imicinə xələl gətirən və təhqir sayılan sözlər dediyini bildirib. Klub sözləşmənin haqlı səbəbdən ləğv olunduğunu vurğulayıb.

Qeyd edək ki, Yunes Belhanda 2017-ci ildən “Qalatasaray”da çıxış edib. O, iki dəfə Türkiyə Super Liqasının qalibi olub. Futbolçunun müqaviləsi yayda başa çatmalı idi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png