“Qalatasaray” və “Beşiktaş” da xalqımızı təbrik etdi

Türkiyənin “Fənərbaxça” klubundan sonra “Qalatasaray” və “Beşiktaş” da xalqımızı 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibəti ilə təbrik edib.

ONN media xəbər verir ki, “Cim-Bom” bununla bağlı rəsmi “Feysbuk” səhifəsində yazıb: “Dost və qardaş ölkə Azərbaycanın Müstəqillik Günü mübarək olsun”.

“Beşiktaş”ın isə “Feysbuk” hesabından yayımladığı təbrik mesajında bildirilir: “Can və qardaş Azərbaycanın Müstəqillik Günü mübarək olsun. İki dövlət, tək millət”.

Xatırladaq ki, Azərbaycan 1991-ci il 18 oktyabr tarixində öz dövlət müstəqilliyini bərpa edib.