ONN İnformasiya Agentliyi

Qalmaqallı paltar Messiyə niyə geyindirilib?

Qalmaqallı paltar Messiyə niyə geyindirilib?
27 Dekabr 2022 - 11:34

DÇ-2022-nin təşkilat komitəsinin əməkdaşı Əlişir Nikimbaev Qətər əmiri Təmim ibn Həməd Al Taninin Argentina millisinin hücumçusu Lionel Messiyə ənənəvi ərəb paltarı – bişt hədiyyə etməsinin səbəbini izah edib.

ONN media xəbər verir ki, o bildirib ki, burada qeyri-adi heç nə yoxdur. Nikimbaev əlavə edib ki, həmin paltar təkcə Messiyə verilməyib:“Əlbəttə, belə şeylər nəzərdə tutulub. Bu, təkcə milli geyim deyil, ərəb dünyasında ən yüksək tanınmanın simvoludur. Əslində onu əmirlə eyni səviyyəyə qoydular.

Qətərlilərin belə bir ideyanı həyata keçirməsi vacib idi. Üstəlik, başqa argentinalıları da soyunub-geyinmə otağında belə paltarlar gözləyirdi. Bilmirəm, futbolçular həmin paltarları istifadə etdilər, ya yox. Amma biştləri mütləq özləri ilə aparıblar”.

Qeyd edək ki, Qətər əmirinin, mükafatlandırma zamanı Messiyə bişt geyindirməsi qalmaqala səbəb olub. Məlum olub ki, FİFA-nın Dünya kuboku ilə bağlı qaydalarına əsasən, sözügedən tədbir zamanı futbolçular yalnız komandaya məxsus idman geyimində olmalıdır. Həmin vaxt ali futbol qurumunun prezidenti Canni İnfantino hadisə yerində olsa da, müdaxilə etməyib

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png