ONN İnformasiya Agentliyi

“Qarabağ” artıq Romadadır

“Qarabağ” artıq Romadadır
03 Dekabr 2017 - 19:47

Bu gün saat 16:00-da “Qarabağ” təyyarə ilə İtaliyanın paytaxtı Romaya yola düşüb. Çərşənbə axşamı, dekabrın 5-də, burada ağdamlılar yerli “Roma”ya qarşı Çempionlar Liqasının qrup mərhələsinin son oyununa çıxacaqlar.

ONN media xəbər verir ki, matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq və AzTV ilə canlı yayımlanacaq.

Əsas komanda ilə yanaşı, Romaya “Qarabağ”ın U-19 komandası da yola düşüb. Onların həmyaşıdları ilə oyunu dekabrın 5-də saat 17:30-da başlayacaq.

Qeyd edək ki, bu oyunun nəticəsindən asılı olmayaraq, Azərbaycan təmsilçisi Çempionlar Liqasında və ümumilikdə, avrokuboklarda builki çıxışlarını yekunlaşdıracaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png