“Qarabağ” – “Bazel” oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək

UEFA Konfrans Liqasının qrup mərhələsinin I turunda keçiriləcək “Qarabağ” – “Bazel” (İsveçrə) oyunu Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək.

ONN media  xəbər verir ki, bu barədə UEFA qərar çıxarıb.

Matçın daha əvvəl Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi nəzərdə tutulurdu.

Qərarın dəyişməsinə səbəb Respublika stadionunun ot örtüyünün istənilən səviyyədə olmamasıdır.

Qeyd edək ki, sentyabrın 16-da gerçəkləşəcək “Qarabağ” – “Bazel” görüşü saat 20:45-də başlayacaq.