ONN İnformasiya Agentliyi

“Qarabağ” ev oyununu bu stadionda keçirəcək – AÇIQLANDI

“Qarabağ” ev oyununu bu stadionda keçirəcək – AÇIQLANDI
22 Oktyabr 2020 - 22:21

“Qarabağ” UEFA Avropa Liqasının I qrupundakı ilk ev matçının keçiriləcəyi stadionu açıqlayıb.

ONN media xəbər verir ki, İspaniya “Vilyarreal”ına qarşı ikinci turdakı oyun Türkiyədə gerçəkləşəcək.

Qarşılaşma oktyabrın 29-da İstanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionunda olacaq.

Qeyd edək ki, UEFA-nın qərarına əsasən, “Qarabağ” ölkədəki vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirməlidir.

Ölkə çempionu ilk tur çərçivəsində bu gün Təl-Əvivdə İsrailin “Makkabi” komandasının qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png