“Qarabağ” FK transferini rəsmən elan etdi

“Qarabağ” İsrailin “Hapoel Təl-Əviv” klubundan Marko Yankoviçi transfer etdiyini rəsmən açıqlayıb.

ONN media xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, monteneqrolu yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. 

Marko Yankoviç komandada 8 nömrəli formanı geyinəcək