ONN İnformasiya Agentliyi

“Qarabağ” ilk oyuna Bakıda çıxacaq – TƏQVİM

“Qarabağ” ilk oyuna Bakıda çıxacaq – TƏQVİM
02 Sentyabr 2023 - 12:45

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi bəlli olub.

ONN media xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda sentyabrın 21-də, I turda Norveç “Molde”sini qəbul edəcək.

Ölkə çempionu II turda, oktyabrın 5-də İsveçdə “Hakken”in qonağı olacaq.”Köhlən atlar” oktyabrın 26-da və noyabrın 9-da, müvafiq olaraq III (səfər) və IV (ev) turlarda Almaniya nəhəngi “Bayer 04” ilə üz-üzə gələcək.

Noyabrın 30-da, V turda “Molde”nin qonağı olacaq ağdamlılar dekabrın 14-də, sonuncu turda Bakıda “Hakken”i sınağa çəkəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png