“Qarabağ” “Keşlə”ni məğlub etdi

Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura start verilib.

Lider “Qarabağ” “Keşlə”ni qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. “Qarabağ”ın qələbə qolunun müəllifi Ramil Şeydayev olub.

Qeyd edək ki, turun digər matçları 20-21 noyabr tarixlərində keçiriləcək.

19 noyabr (cümə)

19:00. “Qarabağ” – “Keşlə” – 1:0

Qol: Ramil Şeydayev, 49

Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Kamranbəy Rəhimov

Azersun Arena