“Qarabağ” klubu qapıçı transferini açıqlayıb

“Qarabağ” klubu Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvilini heyətinə qatıb.

ONN media xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi tviter hesabı məlumat yayıb.

“Köhlən atlar” 23 yaşlı qolkiperlə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, son olaraq icarə əsasında ölkəsinin “Dila” klubunda çıxış etmiş Luka Quqeşaşvili müqavilə ilə Polşa “Yagelloniya”sına məxsusdur. O, bu komandanın heyətində heç bir oyuna çıxmayıb. Ölkəsində Tbilisi “Dinamo”sunun da formasını geyinmiş qapıçı Polşada “Podlyasye”, İspaniyada isə “Qranada”nın B komandasında oynayıb.