ONN İnformasiya Agentliyi

“Qarabağ” “Linfild” oyununu bu hakimlər idarə edəcək

“Qarabağ” “Linfild” oyununu bu hakimlər idarə edəcək
18 Avqust 2019 - 14:29

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarının hakimləri açıqlanıb.

ONN media xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın “Linfild”lə Şimali İrlandiyadakı qarşılaşmasını isveçrəli hakimlər idarə edəcək.

Avqustun 22-də Belfastın “Vindzor Park” stadionunda keçiriləcək görüşün baş hakimi Sandro Şarer olacaq. Ona yan xətt hakimləri Stefan De Almeyda və Bekim Zoqay, dördüncü hakim Fedayi San yardım edəcəklər.

Matçın hakim-inspektoru xorvatiyalı Vlado Svilokos, UEFA nümayəndəsi isveçli Mikael Salzer olacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png