ONN İnformasiya Agentliyi

“Qarabağ” “Neftçi”ni məğlub etdi

“Qarabağ” “Neftçi”ni məğlub etdi
31 İyul 2020 - 21:42

Avrokubokların 2020/21 mövsümünə hazırlaşan Azərbaycan klublarını iştirakı ilə daha bir yoxlama oyunu keçirilib.

ONN media  xəbər verir ki, Qəbələdə təlim-məşq toplanışında olan “Qarabağ”la “Neftçi” üz-üzə gəlib.

Ölkənin iki ən titullu komandasının duelinin taleyini bir qol həll edib. Bədavi Hüseynovun vurduğu top Ağdam təmsilçisinə minimal hesablı qələbə qazandırıb.

Qeyd edək ki, bunadək “Qarabağ” “Keşlə” (3:1) və “Sabah”la (1:2), “Neftçi” isə “Sumqayıt”la (3:0) üz-üzə gəlib.

Yoxlama oyunu
31 iyul
19:30. “Qarabağ” – “Neftçi” – 1:0
Bədavi Hüseynov

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png