“Qarabağ” oyunu izləmək istəyənlərin NƏZƏRİNƏ

Ağdamın “Qarabağ” klubunun Bakıda Polşanın “Lex” komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu üçün biletləri satışa çıxarıb.

ONN media xəbər verir ki, qiymətlər sektorlara uyğun olaraq 5, 10, 20 və 50 manat təşkil edir.

Biletləri “Iticket.az”ın satış məntəqələrindən (11:00-dan 20:00-dək) və onlayn şəkildə, həmçinin Ağdam təmsilçisinin “Park Bulvar”dakı fan-şopundan (11:00-dan 20:00-dək), matçın təşkil olunacağı Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə etmək olar.

Mərkəzi arenanın kassalarında bilet satışı bu gün saat 15:00-da başlayacaq və 20:00-dək davam edəcək. Qeyd edək ki, iyulun 12-də oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında ilk görüş isə iyulun 5-də Poznanda keçiriləcək.