“Qarabağ” “Rakuv”a məğlub oldu
Türkiyənin Antalya şəhərində mövsümün ikinci yarısına hazırlaşan “Qarabağ” bu gün ilk yoxlama matçını keçirib.
ONN media xəbər verir ki, təmsilçisimiz Polşanın “Rakuv” klubu ilə görüşüb və matç 3-0 hesabı ilə rəqibin xeyrinə yekunlaşıb.
Qeyd edək ki, “Qarabağ” yanvarın 18-də Polşanın digər klubu “Poqon” və Serbiya təmsilçisi “Çukariçki” ilə qarşılaşacaq.