ONN İnformasiya Agentliyi

“Qarabağ” “Sabah”ı məğlub etdi

“Qarabağ” “Sabah”ı məğlub etdi
11 Avqust 2020 - 23:53

2020/2021 mövsümünə hazırlaşan “Qarabağ” və “Sabah” komandaları növbəti dəfə yoxlama oyunu keçiriblər.

ONN media  xəbər verir ki, tərəflər bu dəfə “Azersun Arena”da üz-üzə gəliblər.

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin də canlı izlədiyi görüşdə Ağdam klubu qələbə qazanıb.

Oyunda hesab ilk hissədə açılıb. “Qarabağ”ın yeni transferi Uroş Matiç penaltidən vurduğu qolla komandasını önə çıxarıb. İkinci hissədə isə Mahir Emreli fərqi artırıb – 2:0. Görüş elə bu hesabla da başa çatıb.

Qeyd edək ki, komandaların Qəbələdəki ilk duelində “Sabah” rəqibini 2:1 hesabı ilə məğlub etmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png