ONN İnformasiya Agentliyi

“Qarabağ” son siyahı ilə müqayisədə 3 pillə irəliləyib

“Qarabağ” son siyahı ilə müqayisədə 3 pillə irəliləyib
10 Fevral 2018 - 14:25

Dünyanın ən güclü klublarının reytinq siyahısı açıqlanıb.ONN media-nın məlumatına görə, “clubworldranking”in tərtib etdiyi cədvəldə Azərbaycanın 4 komandası yer alıb.

Klublarımız arasında ən yaxşı nəticə yenə “Qarabağ”dadı. Azərbaycan Premyer Liqasının liderinin hesabında 1169 xal var. Ağdam təmsilçisi planetin 542-ci komandasıdı. “Qarabağ” son siyahı ilə müqayisədə 3 pillə irəliləyib.

368 xala malik “Keşlə” 777-ci yerdə qərarlaşıb. “Qəbələ” 255 xalla 816-cı pillədədi. “Zirə”nin isə 217 xalı var. Paytaxt təmsilçisi planetin 839-cusudu. Bu klublar müvafiq olaraq, 4, 3 və 2 pillə irəliləyiblər.

Qeyd edək ki, cədvələ İspaniya klubları başçılıq edir. “Real” 17892 xalla 1-ci, “Barselona” 15431 xalla 2-ci, “Atletiko” 13432 xalla 3-cüdü.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png