“Qarabağ” və “Ferentsvaroş” oyunu başladı

Qarabağ” və Macarıstanın “Ferentsvaroş” komandaları arasında UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu start götürüb.

ONN media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da başlaylb.

Matçı Andreas Ekberqin başçılıq etdiyi isveçli hakimlər briqadası idarə edir.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Şerif” (Moldova) – “Viktoriya” (Plzen, Çexiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında Moldovanın paytaxtl Kişineuda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar. “Qarabağ” – “Ferentsvaroş” cütündə uduzan komanda isə UEFA Avropa Liqasının pley-offunda “Şemrok Rovers” (İrlandiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün məğlubu ilə görüşəcək