ONN İnformasiya Agentliyi

“Qarabağ”da ciddi itkilər

“Qarabağ”da ciddi itkilər
24 İyul 2019 - 21:25

“Qarabağ”ın futbolçuları Miçel və Filip Ozobiç Çempionlar Liqasının ikinci təsnifat mərhələsində bu gün keçiriləcək “Dundalk”la oyunu buraxacaqlar.

Qol.az-ın məlumatına görə, buna səbəb Miçelin dizindən zədələnməsi, Ozobiçin isə əzələsini dartmasıdır.

Xorvat yarımmüdafiəçi üç gün əvvəl, ispan yarımmüdafiəçi isə dünən zədələnib. Komandanın digər legioneri Dani Kintananın da zədəsi var. ÇL-in 1-ci təsnifat mərhələsində “Partizani” ilə cavab görüşünün ertəsi günü sıradan çıxan Kintananın isə bugünkü matçda iştirakı isə sual altındadır.

Qeyd edək ki, “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov da zədə səbəbindən İrlandiya klubu ilə görüşdə oynamayacaq.

Xatırladaq ki, “Dundalk” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png