“Qarabağ”da şok itki

Qarabağ”ın zədəli futbolçusu Filip Ozobiçin son durumu müəyyənləşib.

ONN media dizətrafında sümük qırığı aşkarlanan xorvat yarımmüdafiəçinin ən azı bu ilin sonuna qədər oynamayacağı bəlli olub.

Qeyd edək ki, F.Ozobiç Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Dundalk”la cavab matçında (3:0) zədələnib. O, 25-ci dəqiqədə Dani Kintana ilə məcburi əvəzlənmişdi.