ONN İnformasiya Agentliyi

“Qarabağ”dan daha bir transfer xəbəri gəldi

“Qarabağ”dan daha bir transfer xəbəri gəldi
21 Yanvar 2023 - 20:54

“Qarabağ” qış “transfer pəncərəsi”nin ikinci transferini də reallaşdırıb.

ONN media-nın əldə etdiyi məlumata görə, “köhlən atlar” Redon Cica ilə anlaşıb.

24 yaşlı Cica Albaniya yığmasının üzvüdür. O, əsas millidə 2 oyun keçirib.

Cinah yarımmüdafiəçisi “Şkendiya”nın yetirməsidir. 2017-ci ildə “Laçi”yə keçib və 4 mövsüm bu komandanın şərəfini qoruyub.

2021-ci ildə “Tirana”ya üz tutub və ötən müddətdə 49 oyuna çıxıb, 29 qol vurub.

Məsələ ilə bağlı “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin mövqeyini öyrəndik. O, xəbəri nə təkzib etdi, nə də təsdiq:

“Hazırda bir neçə futbolçu ilə danışıqlar aparırıq. Bəzilərinin klubları, bəzilərinin də özləri ilə birbaşa danışıqlar aparırıq. Amma rəsmi olaraq heç kimlə razılıq əldə etməməişik. Ona görə də, transfer siyahımızda olan futbolçuların adlarını çəkməyəcəm. Amma hazırda vəziyyət elədir ki, onlardan heç biri ilə rəsmi razılıq əldə olunmayıb. Ona görə də ad çəkməyi məqsədəuyğun hesab etmirəm”

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png