ONN İnformasiya Agentliyi

“Qarabağ”dan növbəti qələbə

“Qarabağ”dan növbəti qələbə
02 May 2023 - 23:58

Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub.

ONN media-nın məlumatına görə, əzəli rəqiblər “Neftçi” ilə “Qarabağ” birincilərin meydanında üz-üzə gəliblər.

Qarşılaşma çempionatın lideri olan Ağdam klubunun 4:2 hesablı səfər qələbəsi ilə yekunlaşıb.

Məğlub olan “Neftçi”nin sona 4 tur qalmış mövsümü bürünc medalla başa vuracağı rəsmiləşib.

61 xalla üçüncü pillədə qərarlaşan bakılılar üçün ikinci sıradakı “Sabah” artıq əlçatmazdır. Lider “Qarabağ” isə xallarının sayını 81-ə yüksəldib.

Qeyd edək ki, turun bundan əvvəlki oyunlarında “Sumqayıt” “Kəpəz”i (1:0), “Turan Tovuz” “Zirə”ni (3:1) səfərdə, “Sabah” “Şamaxı”nı (1:0), “Qəbələ” isə “Səbail”i (4:2) evdə məğlub edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png