“Qarabağ”FK növbəti transferini açıqladı

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan verilən məlumata görə, Ağdam təmsilçisi Fransanın “Dijon” komandasından Yassin Benzianı transfer edib.

“Köhlən atlar” 29 yaşlı hücumameylli yarımmüdafiəçinin keçidini sosial şəbəkə hesabında paylaşdığı video ilə açıqlayıb.

Əlcəzair millisinin sabiq üzvü ilə 2025-cı il iyunun 30-dək müqavilə imzalanıb.

Qeyd edək ki, Fransa vətəndaşlığı da olan Yassin Benzia karyerası ərzində “Lion”, “Lill”, Türkiyənin “Fənərbağça”, “Hatayspor” və Yunanıstanın “Olimpiakos” komandalarında da çıxış edib. O, 2016 – 2018-ci illərdə formasını geyindiyi Əlcəzair yığmasında 4 oyuna 1 qol vurub