ONN İnformasiya Agentliyi

“Qarabağ”ın 16 oyunluq uğurlu seriyasına son qoyuldu

“Qarabağ”ın 16 oyunluq uğurlu seriyasına son qoyuldu
25 Oktyabr 2021 - 22:41

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulub.

ONN media xəbər verir ki, turun son matçında “Qarabağ” “Səbail”in qonağı olub. “ASCO Arena”dakı oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab 32-ci dəqiqədə açılıb. Nikolas Raysel “dənizçilər”i önə keçirib. 10 dəqiqə sonra Mirsayib Abbasov fərqi 2 topa çatdırıb. 65-ci dəqiqədə qonaqların braziliyalı yarımmüdafiəçi Kadi Borges topu künc nöqtəsindən birbaşa qapıya göndərməklə baxımlı qola imza atıb. Matçda son nöqtəni isə Turan Manafov qoyub. O, əsas vaxa əlavə olunmuş 1-ci dəqiqədə cərimə zərbəsindən əla qolla yekun hesabı müəyyənləşdirib.

Bu, “Qarabağ”ın cari mövsümdə ilk məğlubiyyəti olub. Həmçinin “köhlən atlar”ın 16 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub.

Bu nəticədən sonra “Qarabağ” 17 xalla liderliyini qoruyub. Xallarını 9-a çatdıran “Səbail” isə 5-ci pilləyə yüksəlib.

Qeyd edək ki, ilk oyun günündə “Sabah” evdə “Sumqayıt”a 3:0, “Qəbələ” səfərdə “Keşlə”yə 3:2 hesabı ilə qalib gəlib. Ötən gün baş tutan matçda isə “Neftçi” “Zirə”ni məğlub edib – 2:1.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png